İyunun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən məlumata görə, sabah arabir güclənın şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 25-28 dərəcə isti,
Bakıda gecə 18-20 dərəcə isti, gündüz 26-28 dərəcə isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu təşkil edəcək,
nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq.
Tibbi-meteoroloji proqnoz
İyunun 06-da gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
İyunun 6-da Azərbaycanın rayonlarında əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21 isti, gündüz 27-32 isti, dağlarda gecə 8-13 isti, gündüz 15-20 dərəcə isti olacaq.