Martın 1-də gözlənilən hava şəraiti açqılanıb.
Bu barədə FED.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakı və Abşeron yarımadasında hava
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir.
Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.
Bakıda mart ayının temperatur göstəriciləri
Havanın temperaturu gecə 3-5° şaxta, gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Bölgələrdə gözlənilən hava
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam bəzi yerlərdə tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 16-21° şaxta, gündüz 2-7° şaxta olacaq.
Sürücülərə və piyadalara xəbərdarlıq
Ölkə ərazisində bəzi yollar buz bağlayacaq.