Oktyabrın 27-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-19° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.