Banner

Ekologiya

Bakıya bir ayın yağıntısı - Bir Gündə Yağıb

Bakıya bir ayın yağıntısı - Bir Gündə Yağıb | FED.az
17:26 24 Fev 2021

Umayra Tağıyeva: "Qarın ən kəskin dövrü geridə qaldı"

Bakıda bir sutka ərzində düşən yağıntının miqdarı aylıq norma miqdarına yaxınlaşıb.

FED.az xəbər verir ki, bunu  Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O qeyd edib ki, yağıntı dünən axşamdan başlayıb və təxminən 24 saat ərzində qeydə alınıb:

“Hazırda bəzi yerlərdə arabir də olsa qar yağır, lakin artıq güclü deyil. Bu gecə qar səngiyəcək. Ən kəskin dövr geridə qaldı. Lakin gecə mənfi 9 dərəcə şaxtaya görə fevralın 25-i gecə və səhər yollar buz bağlayacaq”. (Report)

Banner

Digər xəbərlər