Milli Hidrometeorologiya Xidməti Bakının hansı qəsəbələrində atmosfer havasının çirklənməyə məruz qaldığını açıqlayıb.
FED.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. O qeyd edib ki, istehsalat müəssisələrinin fəaliyyət göstərdiyi ərazilər daha çox çirklənməyə məruz qalır:
“Abşeronda havanın çirklənməsini müəyyən etmək üçün Buzovna, Mərdəkan, Şüvəlan, Şıxov, Novxanı və digər qəsəbələrdə mobil laborotoriyalardan istifadə etməklə dəm qazı, kükürd, azot oksidləri, dispers toz hissəcikləri, hidrogen sulfidlə bağlı monitorinqlər aparılıb.
Sadalanan ərazilərdə çirklənmə yol verilən qatılıq həddindən yüksək deyil, norma çərçivəsindədir. Ən az dəm qazı ilə çirklənmə Şüvəlan, Bilgəh və Nardaranda müşahidə olunur. Ozon 4-oksidlə ən az çiklənmə Novxanı, Buzovna və Fatmayıda qeydə alınıb. Tozun miqdarı isə ən az çirklənmə isə Buzovna, Şüvəlan və Mehdiabadda qeydə alınıb”.
U. Tağıyeva əlavə edib ki, növbəti belə monitorinqlər aprel ayında aparılacaq. (Qafqazinfo)