Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən xəbərə görə, fevralın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Səhər bəzi yerlərdə çiskinli olacağı, axşama doğru isə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Gecə temperaturu: 2-4° isti
Gündüz temperaturu: 5-7° isti
Atmosfer təzyiqi: 766 mm civə sütunu
Nisbi rütubət: gecə 70-80 %
Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Gecə temperaturu: 1-5° isti
Gündüz temperaturu: 7-12° isti
Dağlıq rayonlarda gecə temperaturu: 3-8° şaxta
Gündüz temperaturu: 3° şaxtadan 2°-dək isti.