Bakıda və Abşeron yarımadasında avqustun 6-dan 9-u gündüzədək şimal-qərb küləyi 15-18 m/s, 6-7-də yarımadanın bəzi yerlərində arabir 20 m/s olacaq.
Bu barədə FED.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Avqustun 6-8-də əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında avqustun 5-i axşamdan 9-u gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi 06-08-də bəzi yerlərdə arabir 18-23 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.