Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu gecə 10-14, gündüz 16-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 16-21, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 13-18° isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Gecə 4-8° isti, gündüz 15-20° isti proqnozlaşdırılır.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 14-19° isti olacaq.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Gecə 2-7° isti, gündüz 15-20° isti proqnozlaşdırılır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8 isti, gündüz 15-20° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, mülayim qərb küləyi əsəcək. Gecə 4-9° isti, gündüz 16-21° isti proqnozlaşdırılır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz keçək. Arabir duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 17-20° isti, dağlarda gecə 3-8° isti, gündüz 15-19° isti olacaq.










