Bakıda və Abşeron yarımadasında iyunun 26-sı axşamdan 30-dək şimal-qərb küləyi arabir 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-28 m/s olacaq.
Bu barədə FED.az-a Milli Hidrometetorologiya Xidmətindən xəbər verilib. İyunun 29-dək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir.