Banner

Ekologiya

Baharın Azərbaycana gələcəyi vaxt və Novruz çərşənbələrinin tarixləri - AÇIQLANIB

Baharın Azərbaycana gələcəyi vaxt və Novruz çərşənbələrinin tarixləri - AÇIQLANIB | FED.az
09:39 3 Fev 2020

Baharın Azərbaycana gələcəyi vaxt və Novruz çərşənbələrinin tarixləri açıqlanıb

Baharın Azərbaycana gələcəyi vaxt açıqlanıb.

FED.az xəbər verir ki, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, bu il bahar Azərbaycana martın 20-si saat 07:49:36-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan Şimal yarım kürəsində yaz fəsli başlayacaq.

Fevralın 25-i Su, martın 3-ü Od, martın 10-u Yel, martın 17-si Torpaq (İlaxır) çərşənbələri qeyd olunacaq.  

Digər xəbərlər

Banner