“Hazırda Azərbaycanın yerüstü su ehtiyatları 30 kub kilometrdir”.
Eləcə də bax: Prezident yeni kiçik su anbarlarının - Yaradılmasından Danışdı
FED.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev "Su ehtiyatlarından səmərəli və qənaətli istifadə" mövzusunda vebinarda deyib.
O bildirib ki, quraqlıq illərində bu göstərici 20-21 kub kilometr təşkil edir. Onun sözlərinə görə, planetin su balansının tənzimlənməsində yaşıllığın böyük rolu var: “Bununla bağlı hazırda “Yaşıl marafon” devizi altında gənclərlə birlikdə ağaclar əkilir. Bu ildən işğaldan azad olunmuş ərazilərdə də ağaclar əkilir. İlk olaraq Zəngilan rayonunda martın 9-dan ağaclar əkməyə başlamışıq. Payız mövsümündə də bu proses davam edəcək”.
F. Əliyev suyun çirklənməsindən də danışıb. Nazir müavini qeyd edib ki, 1 kub metr çirklənmiş su 40 kub metr təmiz suyu sıradan çıxarır. (Apa)