Havaların yağmurlu keçməsi nəticəsində su anbarlarında toplanmış su ehtiyatlarında artım müşahidə edilir.
Azərbaycanın yerüstü və yeraltı su ehtiyatlarının həcmi - AÇIQLANIB
FED.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Sarvan Ağayev bildirib.
Onun sözlərinə görə, hazırda ölkənin əsas su anbarlarında 19,5 milyard kubmetr su ehtiyatı toplanıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 4 milyard kubmetr artıqdır.
“Ölkəmizin ən böyük su mənbələri olan Kür və Araz çaylarında son günlər suyun səviyyəsi artıb. Bu çaylarda suyun səviyyəsinin artmasına baxmayaraq, üzərlərində yerləşən su anbarlarında daşqın sularının tənzimlənməsi üçün müəyyən qədər səviyyələr saxlanılıb. Belə ki, Kür çayı üzərində yerləşən 4 su anbarı var. Bu su anbarlarında normal həcmə qədər su toplanmayıb, o cümlədən Araz çayı və digər çaylarda da. Su anbarlarında sel-daşqın sularının tənzimlənməsi üçün müəyyən qədər səviyyələrin saxlandığı nəzərə alınaraq, hər hansı təhlükənin baş verməsi gözlənilmir”, - deyə o əlavə edib. (Azərtac)