Banner

Ekologiya

Azərbaycanda temperatur - MƏNFİ 22 DƏRƏCƏYƏ ENDİ

Azərbaycanda temperatur - MƏNFİ 22 DƏRƏCƏYƏ ENDİ | FED.az
10:37 10 Fev 2020

Ötən gün axşam saatlarında şimal bölgəsində qar yağmağa davam edib.

FED.az xəbər verir ki, ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb.

Burada qarın hündürlüyü 50 sm-ə çatıb. Qubanın Qrız kəndində qarın hündürlüyü 42 sm, Xaldanda 20 sm, Xızının Altıağac qəsəbəsində 28 sm, Qubanın mərkəzində 15 sm, Şabranda 3 sm, Qusarın Yasab kəndində 16 sm olub. 

Qubanın Qrız kəndində temperatur mənfi 22-dək, Xınalıqda isə mənfi 20-dək enib. 

Digər xəbərlər

Banner