Azərbaycanda suyun keyfiyyətinə onlayn nəzarət platforması üzərində iş gedir.
Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılmasına 14 xarici özəl şirkət cəlb edilib
FED.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Cəmil Babayev Bakı Su Həftəsi Konfransında ("Baku Water Week Conference") bildirib.
"Həmin sistemin özəlliyi ondan ibarətdir ki, əvvəlcədən quraşdırılmış onlayn cihazlar vasitəsilə həm xidmət otağından, həm də mobil telefon və digər qurğulardan istənilən vaxt, istənilən nöqtədə suyun keyfiyyət parametrləri haqqında operativ məlumat əldə etmək mümkün olacaq. Bu isə öz növbəsində bir tərəfdən operativ şəkildə reaksiya verilməsini təmin edəcək, digər tərəfdən isə gələcəkdə aparılan təhlillərin elektron bazasının yaradılmasını təmin edəcək",- deyə o qeyd edib. (Report)