Xarici ölkə vətəndaşının Biləsuvar rayonu, Muğan kəndi ərazisində Azərbaycanın “Qırmızı Kitabı”na düşmüş bəzgək quşunu ovlaması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Eləcə də bax: Ərəblərin yasaqlıq ərazisində hərəkəti qadağan edildi - RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin Qətər vətəndaşı Salem Jaber AZAl-Marri olduğu müəyyən edilib.
“Faktla bağlı təqsirkar şəxs barəsində akt, protokol tərtib olunub və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllləsinin 272.3-cü maddəsinə əsasən 2330 manat məbləğində cərimələnib”, - o deyib. (Report)