Aparılan monitorinqlər zamanı Ərəb ölkələrindən gəlmiş turistlərin Qax rayonun Acınohur ərazisində mülkiyyətçinin razılığı əsasında istirahət məqsədilə çadır qurduqları və özlərinə məxsus şahin quşlarına təlim keçdikləri qeydə alınıb.
FED.az-ın məlumatına görə, Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə APA-ya bildirib ki, təlimdə ev quşları olan göyərçinlərlə rəhmsiz rəftar olunması aşkar edildiyindən həmin şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq olunub.