"Meteo.az" mobil tətbiqini istifadə edən hər kəs olduğu ərazi üzrə hava durumu haqqında mütəmadi məlumat alacaq.
FED.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bu gün keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, yeni tətbiq ediləcək “Rəng xəbərdarlıq sistemi” şkalası ilə küləyin sürəti haqqında qiymətləndirmə hər kəsə mütəmadi göndəriləcək: "Küləklə bağlı tətbiq edilən bu vasitə gələcəkdə digər təhlükəli meteoroloji hadisələr üçün də sistemləşdiriləcək. Azərbaycanda daha çox küləkli havalar müşahidə olunduğundan ilk olaraq bunu pilot kimi götürmüşük. Növbəti mərhələdə - ilin sonuna qədər güclü istilər, daşqınlar, dolu, leysan, sel xarakterli hava hadisələri ilə bağlı da rəng şkalası üzərindən xəbərdarlıq sistemi tətbiq ediləcək". (Report)