Bakıda və Abşeron yarımadasında avqustun 8-dən 12-dək havanın maksimal temperaturunun 35-40° isti olacağı gözlənilir.
Bu barədə FED.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 8-dən 12-dək havanın maksimal temperaturunun Naxçıvan MR-da və aran rayonlarında 35-40, bəzi yerlərdə 42-44°, dağlıq rayonlarda 28-33° isti olacağı gözlənilir.