Azərbaycanda su qıtlığının aradan qaldırılması üçün dəniz suyundan içməli su alınması üçün işlərə başlanılıb.
Dəniz suyunu şirinləşdirmək neçəyə başa gəlir? – Dünyada bunu necə edirlər? - ÜSULLAR, QİYMƏTLƏR
FED.az xəbər verir ki, “Azərsu” ASC Azərbaycan Respublikasının dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) çərçivəsində “Dəniz suyunun duzsuzlaşdırılması ilə əlaqədar məsləhətçi şirkətin cəlb olunması” predmeti üzrə hüquq məsləhəti xidmətlərinin satın alınması məqsədilə təkliflər sorğusu elan edib.
Təkliflər sorğusunda iştirak etmək istəyən iddiaçılar “Azərsu” ASC-nin satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsinə müraciət edə bilərlər. İddiaçılar imzalanıb möhürlənmiş təkliflərini (sənədləri) 4 sentyabr 2023-cü il saat 16.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Təkliflər “Azərsu” ASC-nin inzibati binasında, Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda 5 sentyabr 2023-cü il saat 16.00-da açılacaq.