Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2022-ci ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2021-ci illə müqayisədə 50,4 min ton çoxalaraq ümumilikdə 930,6 min ton təşkil etmişdir ki, onun da 83,0 faizi və ya 772,2 min tonu avtomobillərdən atılan tullantıların payına düşmüşdür.
DYP: Avtomobillərdən atmosferə il ərzində 700 min ton zərərli maddələr atılır
FED.az xəbər verir ki, avtomobillərdən atılmış zərərli maddələrin həcmi 6,7 faiz, stasionar mənbələrdən atılmış maddələrin həcmi isə 1,1 faiz artmışdır. Stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı şəhərində 3,9 min ton, Mingəçevir şəhərində 1,9 min ton azalmış, Sumqayıt şəhərində isə 1,7 min ton artmışdır.
Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 67,0 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilmişdir.
Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənayə müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 108,7 min ton zərərli maddələrin atılmasının qarşısı alınmışdır.
Bütün mənbələrdən atmosferə atılmış zərərli tullantıların 59,5 faizini karbon oksidi, 25,0 faizini karbohidrogenlər, 12,0 faizini azot oksidi, 0,1 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil etmişdir.