Azərbaycana payız fəsli daxil olub.
FED.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib ki, payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü Bakı vaxtı ilə saat 11.50-də qeydə alınıb.
Bununla da yay fəsli başa çatıb və ölkə ərazisinə payız fəsli daxil olub: "Bu gün payız gecə-gündüz bərabərliyi olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayır".
Apa