ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı razılaşmanın əldəediləcəyi ilə bağlı gözləntilər fonunda dünya bazarında neftin qiyməti sürətlə ucuzlaşır.
FED.az xəbər verir ki, son günlər Azərbaycan neftinin də qiyməti aşağı düşüb.
London birjasındakı son 2 ticarət günündə Azərbaycan nefti 10 dollar ucuzlaşaraq 101 dollardan 91 dollara enib.
Belə ki, avqustun 3-də qiymətlər 101 dollardan 96 dollara, avqustun 4-də keçirilən hərraclarda isə 96 dollardan 91 dollara enib. Son qiymət 91,68 dollardır.
Xatırladaq ki, 2026-cı ilin dövlət büdcəsində neftin qiyməti 65 dollardan götürülüb, yəni hazırda real qiymət büdcədəki qiyməti 26 dollar üstələyir.
Azərbaycan nefti 2 gündə - 10 dollar ucuzlaşdı – YENİ QİYMƏT
10:12
5 Avq 2026












