“Kür çayının suyunun bölünməsi ilə bağlı Azərbaycanla Gürcüstan arasında danışıqlar aparılır”.
Eləcə də bax: Şöbə müdiri: "Son 7 ildir Azərbaycanda su ehtiyatları azalır"
FED.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib. O qeyd edib ki, Araz çayı ilə, “Araz” su anbarı ilə bağlı İranla hələ Sovet dövründən müqavilə imzalanıb. 2016-cı ildə Xudafərin və Qız qalası su qovşaqları ilə bağlı saziş imzalanıb. Lakin Kür çayının suyunun bölünməsi ilə bağlı Gürcüstanla əməkdaşlığımız sona yetirilməyib.
“Hazırda həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həm də Xarici İşlər Nazirliyi tərəfindən bu məsələ ilə bağlı danışıqlar aparılır. Həmçinin Türkiyə tərəfi ilə də danışıqlar aparılır. Biz istəyirik ki, su sahəsində də saziş imzalansın. Gürcüstanla Kür çayının suyunun bölünməsi ilə bağlı danışıqları yekunlaşdıraq, həmçinin Türkiyə ilə əməkdaşlığımızı davam etdirək”. (Qafqazinfo)