Milli Hidrometeorologiya Xidmətinin iyunun 26-sı saat 20:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.
Saat 20-00-a olan vəziyyət
Xidmətdən FED.az-a bildirilib ki, hazırda Maştağa, Balakən, Zaqatala, Gəncə, Gədəbəy, Daşkəsən, İmişli, Tovuz, Beyləqan, Ağcabədi, Yevlax, Ağstafa, Göygöl, Şəmkir, Ağdam, Ağsu , Tərtər, Astara, Lerik, Lənkəran, Yardımlı, Mingəçevir, Şəki, Kürdəmir, Sabirabad, Zərdab, Goranboy, Naftalan, Xınalıq, Xaçmaz, Quba, Qusar, Xaltan, Cəfərxan, Cəlilabad, Şabran, Ordubad, Ceyrançöl, Oğuzda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, Goranboy, Naftalan, Gəncə, Daşkəsən, Mingəçevir, Tərtərdə 24-30 metr/saniyə, sarı xəbərdarlığa uyğun olaraq isə Yevlax , Bərdə, Sədərək, Şəmkirdə 20 metr/saniyə təşkil edir.
Gədəbəy rayonunun Düzyurd kəndinə saat 13:00 radələrində diametri 14-16 millimetr olan dolu düşüb.
Beyləqan rayonuna da dolu yağıb. Əvvəl küləkli yağışla başlayan yağıntı bir müddət sonra doluya çevrilib.
Qobustan rayonunun Sündü kəndinə saat 17:11-də güclü leysan yağışla yanaşı diametri 15 millimetr olan dolu düşüb.