Avstraliya höküməti ölkədə hökm sürən meşə yanğınlarını söndürmək üçün minlərlə dəvəni öldürmək qərarına gəlib.
FED.az xəbər verir ki, su ehtiyatlarının tükənməsində əsas pay sahibi olan 10 minə yaxın dəvə helikopterlərlə vurularaq öldürüləcək.
Eləcə də bax: Azərbaycanda fermerlərə - ƏN ÇOX ZƏRƏR VURAN HADİSƏLƏR – SİYAHI
Əməliyyat çərşənbə günü ölkənin şimalında başlayacaq. Heyvanların cəsədləri yandırılacaq və ya torpağa basdırılacaq.
Bundan başqa, dəvələri məhv etmək qərarı atmosferə buraxılan parnik qazları tullantıları ilə bağlıdır. Belə ki, bu heyvanlar ildə bir ton karbon qazı buraxır. Dəvələrin populyasiyası isə hər doqquz ildə iki dəfə artır. Bu səbəbdən onların sayını daim tənzimlənmək lazımdır.
Qafqazinfo