Azərbaycanda iyulun 31-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Əsasən gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 26-31° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 757 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70 , gündüz 45-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı şimal və şərq rayonlarında leysan xarakterli olacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq.
Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 31-36° isti, dağlarda gecə 11-16°, gündüz 19-24° isti olacağı bildirilir.