Avqustun 2-si saat 16:30-a olan faktiki hava açıqlanıb.
Bu barədə FED.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 2-si saat 16:30-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Balakən, Qax, Qusar, Ceyrançöl, Zaqatala, Şəki, Qrız, Şahdağda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub.
Cənub-şərq küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Goranboyda 19 m/s-dək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-də 33, Aran rayonlarında 34, dağlıq rayonlarda 21 dərəcəyədək isti olub.