Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib.
FED.az xəbər verir ki, Qusarın Kəsə kəndində 26 sm hündürlükdə qar yağıb, temperatur mənfi 10 dərəcəyədək enib.
Qubanın Qrız kəndinə 17 sm, Xaltana 14 sm, Xınalığa 11 sm, Təngəaltına 7 sm hündürlüyündə qar düşüb. Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 21 sm-ə çatıb.
Quba, Qusar və Xaçmaz şəhərlərinə 1-2 sm qar yağıb. (Apa)