Prezident İlham Əliyev avqustun 19-da “Zaqatala rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Eləcə də bax: Bakıda yolların yenidən qurulmasına - PUL AYRILDI - SƏRƏNCAM - MƏBLƏG
FED.az xəbər verir ki, Sərəncama əsasən, Zaqatala rayonunun əhalisi 62916 nəfər olan 17 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 18 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,26 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Zaqatala rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı:
Sıra №-si |
Yaşayış məntəqələri |
Quyuların sayı, ədəd |
Əhalinin sayı, nəfər |
1 |
Aşağı Çardaxlar kəndi |
1 |
1170 |
2 |
Bəhmətli kəndi |
1 |
4786 |
3 |
Dağlı kəndi |
1 |
3300 |
4 |
Əliabad qəsəbəsi |
1 |
11200 |
5 |
Faldarlı kəndi |
1 |
2156 |
6 |
Gözbarax kəndi |
1 |
2061 |
7 |
Kəpənəkçi kəndi |
1 |
1111 |
8 |
Qandax kəndi |
1 |
1829 |
9 |
Qımır kəndi |
1 |
1804 |
10 |
Maqov kəndi |
1 |
1705 |
11 |
Mosul kəndi |
1 |
3261 |
12 |
Muğanlı kəndi |
2 |
3006 |
13 |
Muxax kəndi |
1 |
8210 |
14 |
Yengiyan kəndi |
1 |
1481 |
15 |
Yeni Suvagil kəndi |
1 |
5355 |
16 |
Yolayrıc kəndi |
1 |
1460 |
17 |
Yuxarı Tala kəndi |
1 |
9021 |
Cəmi |
18 |
62 916 |