Sentyabrın 15-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kalın təşəbbüsü ilə telefon danışığı olub.
Bu barədə FED.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Telefon danışığı zamanı tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq məsələləri, eləcə də Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış qarşıdurma və hazırkı vəziyyət müzakirə edilib.