Yunanıstan Azərbaycana yeni səfir təyin edib.
Nazir: "Cənub Qaz Dəhlizi Yunanıstan üçün böyük önəm daşıyır"
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov öz tviter hesabında açıqlayıb.
Onun sözlərinə görə, yeni səfir Kristos Kapodistriasdır:
“Bakıda fəaliyyət göstərəcək yunanıstanlı həmkarım, cənab səfir Kristos Kapodistriasa can sağlığı və Azərbaycan və Yunanıstan arasında ikitərəfli əlaqələrin inkişafında uğurlar arzulayıram!”
Qeyd edək ki, Kristos Kapodistrias bu vəzifədə Nikolaos Piperiqkosu əvəz edəcək.