Yol hərəkəti qaydasını pozan sürücünü saxlayıb qanuni tədbir görmək istəyən polis əməkdaşının görüntüsü sosial şəbəkədə yayılıb.
FED.AZ xəbər verir ki, bu gün Koroğlu metrostansiyasının yaxınlığında giriş qadağandır nişanının tələbini pozaraq əks istiqamətdə hərəkət edən 99-MN-862 qeydiyyat nişanlı avtomobilin sürücüsünü, həmin ərazidə xidmət aparan 99-YP-321 qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan yol patrul xidməti inspektorları dayandıraraq barəsində qanuni tədbir görmək istəyiblər. Sürücünün yanında əyləşən həyat yoldaşı avtomobildən düşərək polislərə hədə-qorxu gəlməyə başlayıb.
Eləcə də bax: Yol polisi sürücülərə - MÜRACİƏT ETDİ
Sürücünün qayda pozmasına baxmayaraq o, polisləri videoya çəkərək "Məni tanımadınız? Mənim yoldaşım müharibə veteranıdır, Azərbacan üçün üç əsgər saxlayırıq. Gərək benzin əlimdə prezident aparatının qarşısına gedim?"- deyərək polisin işinə qanunsuz müdaxilə etməyə çalışıb.
Həmin xanım sonradan kirayə evdə qaldıqlarını, avtomobilin kreditdə olduğunu və cəriməni ödəyə bilməyəcəklərini dedikdən sonra, yol polisləri humanistlik göstərərək həmin sürücüyə protokol yazmadan yola salıblar. Qanun pozuntusu etmiş sürücüyə protokolun yazılmaması prosesi video çəkilişə düşməyib. Çünki həmin xanım sonadək çəkiliş aparmır.
Onlar polisdən uzaqlaşdıqdan sonra çəkdikləri videonu sosial şəbəkədə yayaraq özlərini düzgün göstərməyə çalışıblar.
avtosfer.az