Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı ilkin nəticələrə əsasən Milli Məclisin VI çağırış deputatlarının siyahısında gender sistemində hər hansı bir dəyişiklik olmayıb.
FED.az xəbər verir ki, parlament seçkilərində V çağırışda olduğu kimi bu dəfə də 21 qadın mandat əldə edib.
Eləcə də bax: 119 dairə üzrə qaliblər - RƏSMƏN TANINDI - SİYAHI
Siyahıya əsasən, seçkidə qalib gəlmiş qadınlardan bir nəfər Naxçıvan Muxtar Respublikasından, 7 nəfər Bakıdan, 13 nəfər isə bölgələrdən təmsil olunur.
İlkin nəticələrə əsasən, Milli Məclisə VI çağırış üzrə qalib gəlmiş qadın namizədləri təqdim edirik:
6 saylı Culfa-Babək Seçki Dairəsi
Ülviyyə Həmzəyeva (YAP) 69.5 % səs
12 saylı Qaradağ-Binəqədi- Yasamal Seçki Dairəsi
Səbinə Xasıyeva (YAP)- 48.5%
21 saylı Nəsimi Birinci Seçki Dairəsi
Məlahət İbrahimqızı (YAP)- 55.6 %
24 saylı Nizami Birinci Seçki Dairəsi
Könül Nurullayeva (bitərəf) - 46.1 %
25 saylı Nizami İkinci Seçki Dairəsi
Sədaqət Vəliyeva (YAP) – 57.1 %
29 saylı Səbail Seçki Dairəsi
Nigar Arpadarai (bitərəf) – 42.3 %
30 saylı Suraxanı Birinci Seçki Dairəsi
Fətəliyeva Sevinc (YAP) – 62.2 %
32 saylı Suraxanı Üçüncü Seçki Dairəsi
Afət Həsənova (YAP) – 64.9 %
37 saylı Nizami Birinci (Gəncə) Seçki Dairəsi
Pərvin Kərimzadə (YAP) – 42.1 %
41 saylı Sumqayıt Birinci Seçki Dairəsi
Hicran Hüseynova (YAP) – 31.5 %
56 saylı Xaçmaz Kənd Seçki Dairəsi
Sevil Mikayılova (bitərəf) – 43.8 %
57 saylı Kürdəmir Seçki Dairəsi
Əminə Ağazadə (bitərəf) – 64.9 %
59 saylı Salyan Seçki Dairəsi
Jalə Əhmədova (bitərəf) – 59.7 %
92 saylı Zərdab-Ucar Seçki Dairəsi
Jalə Əliyeva (bitərəf) – 51.9 %
93 saylı Bərdə Şəhər Seçki Dairəsi
Fatma Yıldırım (YAP) – 65.7 %
98 saylı Şəmkir Şəhər Seçki Dairəsi
Sahibə Qafarova (YAP) – 52.1 %
103 saylı Gədəbəy Seçki Dairəsi
Sevinc Hüseynova (YAP) – 61.4 %
105 saylı Tovuz Seçki dairəsi
Qənirə Paşayeva (bitərəf) – 69.9 %
106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi
Ülviyyə Ağayeva (bitərəf) – 59 %
111 saylı Zaqatala-Balakən Seçki Dairəsi
Kamilə Əliyeva (YAP) – 53.9 %
117 saylı Oğuz-Qəbələ Seçki Dairəsi
Aqiyə Naxçıvanlı (YAP) – 65.5 %
Siyahıda adları çəkilənlərdən Səbinə Xasıyeva, Afət Həsənova, Hicran Hüseynova, Fatma Yıldırım, Könül Nurullayeva, Nigar Arpadarai, Afət Həsənova, Əminə Ağazadə, Sevil Mikayılova VI çağırışda diqqətimizi çəkən yeni simalardır.
Belə ki, ilkin nəticələrə əsasən ilk dəfə deputat mandatı qazanmış 16 şəxsdən 9-u, yəni 50%-ə yaxını qadınlardır.
İlkin nəticələrə əsasən, Milli Məclisin yeni tərkibində ən gənc deputat da elə xanımdır. Belə ki, 12 saylı Binəqədi-Yasamal-Qaradağ seçki dairəsində məşhur ekspert Natiq Cəfərliyə qalib gələn Səbinə Xasayevanın 26 yaşı var.
Bundan başqa, hələ ki, nəticələri qeyri-müəyyən olan 7 dairə üzrə sadəcə birində qadın namizəd mübarizə aparır. Belə ki, şahmatçı Zeynəb Məmmədyarova 44 saylı dairədə namizəd olsa da, sorğulara görə, YAP-ın namizədi olan Müşfiq Məmmədov liderdir.
İlkin siyahıda yer almış Nigar Arpadarainin namizədliyini irəli sürdüyü 29 saylı Səbail Seçki Dairəsində dünən gərgin anlar yaşanıb və sosial şəbəkələrdə xeyli videogörüntülər yayılıb. MSK-nın bu kimi hallara ciddi nəzarət etdiyini, hər bir pozuntu ilə bağlı ətraflı araşdırma aparılacağını elan etdiyini nəzərə alsaq, nəticələrdə müəyyən dəyişikliklərin olması gözləniləndir.
Qeyd edək ki, 3-cü çağırış Milli Məclisdə 125 yer üzrə xanım millət vəkillərinin sayı 14, 4-cüdə isə 20 olub.
Qafqazinfo