Xəbər verdiyimiz kimi, bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yeni sədr təyin olunub. Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Bahar Muradova təyinat alıb.
FED.az məlumat verir ki, Bahar Muradova 1962-ci il martın 20-də Füzulidə anadan olub. O, əslən Füzuli rayonunun Yağlıvənd kəndindəndir.
1977-ci ildə Füzuli şəhər 3 saylı orta məktəbin 8-ci sinfini tərifnamə ilə, 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib.
Eləcə də bax: Prezident keçmiş deputata yüksək vəzifə verdi - SƏRƏNCAM
1981-ci ildən Bakı 1 saylı tikiş fabrikində əmək fəaliyyətinə başlayıb. 1989-92-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992-93-cü illərdə "Qayğı" Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katibi işləyib.
Mingəçevir şəhərinin qurucularından olan Şahvələd Quliyevin gəlinidir.
1993-1995-ci illərdə Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin referenti vəzifələrində çalışıb. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
YAP-ın I (1999), II (2000) və III (2005) qurultaylarında partiyanın Siyasi Şurasının və İdarə Heyətinin üzvü seçilib.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub.
Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edib.
Ailəlidir, bir qızı var.
Modern