Nazirlər Kabineti yeni yaradılmış Dövlət Turizm Agentliyinin tabeliyindəki qurumların siyahısını təsdiqləyib. FED.az xəbər verir ki, bu barədə qərarı baş naziri Novruz Məmmədov imzalayıb.
Hökumətin qərarı ilə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki qurumların siyahısında dəyişikliklər edilib və turizmə aid obyektlər yeni agentliyin tabeliyinə verilib. Bura təhsil müəssisələri, dövlət qoruqları turizm informsiya mərkəzləri və təsərrüfat hesablı qurumlar aiddir.
Dövlət Turizm Agentliyinin tabeliyindəki qurumların
SİYAHISI
Təhsil müəssisələri:
Azərbaycan Turizm və Menecment Universiteti;
Bakı Turizm Peşə Məktəbi;
Mingəçevir Turizm Kolleci.
Dövlət qoruqları:
“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu;
“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu;
“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu;
Azərbaycan Respublikasının “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu;
“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu;
“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla);
“Kiş” Tarix-Memarlıq Qoruğu.
Turizm İnformasiya mərkəzləri:
Bakı Turizm İnformasiya Mərkəzi (“Baku City Tour” turist avtobusları daxil olmaqla);
Şamaxı Turizm İnformasiya Mərkəzi;
Xaçmaz Turizm İnformasiya Mərkəzi;
Quba Turizm İnformasiya Mərkəzi;
Lənkəran Turizm İnformasiya Mərkəzi;
Gəncə Turizm İnformasiya Mərkəzi;
Şəki Turizm İnformasiya Mərkəzi;
Zaqatala Turizm İnformasiya Mərkəzi;
Qəbələ Turizm İnformasiya Mərkəzi;
İsmayıllı Turizm İnformasiya Mərkəzi;
Bərdə Turizm İnformasiya Mərkəzi.
Təsərrüfathesablı qurumlar:
“Azərbaycan Konqreslər Bürosu” Məhdud Məsuliyyətli Cəmiyyəti;
“Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti;
“Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti.
Digər qurumlar:
Milli Kulinariya Mərkəzi.
Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.