Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov iki şöbə müdirini işdən çıxarıb.
Eləcə də bax: Azərbaycanda sədr müavini işdən çıxarıldı - FOTO
FED.az xəbər verir ki, E.Həsənovun əmri ilə, Yasamal Rayon Icra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mərdanov Rüfət Saday oğlu, Rayon təsərrüfatı şöbəsinin müdiri Həsənov Seyran Gülməmməd oğlu tutduqları vəzifədən azad ediliblər.
Başçının digər əmri ilə, Teymurov Xaqan Aydın oğlu Yasamal Rayon Icra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Qarayev Cəmil Azər oğlu Rayon təsərrüfatı şöbəsinin müdiri təyin olunublar. (Unikal)