Nazirlər Kabineti “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə” qərarda dəyişiklik edib.
Eləcə də bax: Nazirlər Kabinetinə - YENİ VƏZİFƏ VERİLİB
FED.az xəbər verir ki, dəyişiklik yabanı dərman bitkilərinin xammalının yığılmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlərlə bağlıdır.
Bu şərtlər sırasına yabanı dərman bitkilərinin yığılması, saxlanılması və qurudulması üçün ərizəçinin sanitar-ekoloji norma və qaydaların tələblərinə cavab verən texniki imkanları haqqında arayış və yabanı dərman bitkilərinin xammalının tədarük edildiyi təbiət komplekslərinin (ekosistemin) ekoloji şəraitinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən verilən rəyin surəti daxil olub.
Dəyişikliyə əsasən, ləğv edilmiş Dövlət Ekspertiza İdarəsinin bu sahədə səlahiyyətini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Dövlət Ekoloji Ekspertiza Agentliyi yerinə yetirəcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin 16 Yan 2019 tarixli “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən, Dövlət Ekspertiza İdarəsinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Dövlət Ekoloji Ekspertiza Agentliyi yaradılıb.
"apa"