Azərbaycan diplomatik nümayəndəliklərinə, həmçinin azərbaycanlı icma üzvlərinə qarşı edilən hücumlarla bağlı açılan cinayət işləri çərçivəsində heç bir təqsirkar məsuliyyətə cəlb edilməyib.
Eləcə də bax: Azərbaycanın Vaşinqtondakı səfirliyinin avtomobili - ATƏŞƏ TUTULUB
FED.az xəbər verir ki, bu, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin Azərbaycanın Vaşinqtondakı səfirliyinin avtomobilinin atəşə tutulması ilə bağlı məlumatında qeyd edilib.
"Təəssüflə qeyd edirik ki, nə son günlərdə baş vermiş hücumlar, nə də hələ 2020-ci ildə Avropa paytaxtlarında, habelə Los-Anceles şəhərində Azərbaycan diplomatik nümayəndəliklərinə, həmçinin azərbaycanlı icma üzvlərinə qarşı edilən hücumlarla bağlı açılan cinayət işləri çərçivəsində heç bir təqsirkar məsuliyyətə cəlb edilməyib. Məhz bu cəzasızlıq radikal erməni qruplarını yeni təxribatlara əl atmağa cəsarətləndirir”, - məlumatda bildirilib. .