Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.
“İstəyirik ki, “Nə yaxşı ki, Azərbaycan 50 metr aralıdadır” deyəsiniz”
FED.az xəbər verir ki, bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə "X" platformasında bildirib.
"Çoxdan gözlənilən tarixi hadisə: Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının nəticəsi olaraq Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib", - XİN rəsmisi qeyd edib.
Xatırladaq ki, bu gün Azərbaycan və Ermənistan arasında sərhəddə Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.
Görüşün nəticəsində Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması razılaşdırılıb.