Prezident İlham Əliyev "O.S.Sultanova general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında" sərəncam imzalayıb.
FED.az xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-leytenant ali hərbi rütbəsi verilib.
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında" da Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
Eləcə də bax: Əliyevlə Paşinyan tezliklə görüşəcək - TARİX AÇIQLANDI
general-leytenant ali hərbi rütbəsi
general-mayor İsmayıl Məmmədəli oğlu Bağırova
general-mayor ali hərbi rütbəsi
polkovnik Araz Süleyman oğlu Əhmədova
polkovnik Zaur Aydın oğlu Əliyevə
polkovnik Sultan Cavanşir oğlu Fərzəliyevə.