İngiltərə bankı Venesuelanın qızıl ehtiyatlarını qaytarmaqdan imtina edib.
FED.az xəbər verir ki, İngiltərə Bankı Venesuelanın bu bankdakı qızıl ehtiyatlarından bir hissəni geri götürməklə baglı prezident Maduronun tələbini rədd edib.
Söhbət ümumi dəyəri 1,2 mlrd dollar olan qızıl külçələrindən gedir. İmtinaya səbəb ABŞ-ın yüksək səviyyəli məmurlarının xahişi olub. ABŞ tərəfi xahiş edib ki, Maduronun xaricdəki aktivlərə çıxışı məhdudlaşdırılsın.
Bu məsələ ilə bağlı İngiltərə bankına müraciəti dövlət katibi Maykl Pompey və prezidentin təhlükəsizlik məsələləri ilə bağlı köməkçisi Con Bolton edib.
Ümumiyyətlə, Venesuelanın xarici banklarda 8 milyard dollarlıq ehtiyatı var. Bunların bir hissəsi İngiltərə Bankında saxlanılır.
Xaricdəki qızıl ehtiyatını Venesuelaya vermədilər
10:35
26 Yan 2019