Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yeni vəzifəyə təyin olunmuş rəisi Mürsəl İbrahimovu kollektivə təqdim olunub.
Dövlət Xidmətinin yeni rəisi “Kapital Bank”ın Departament direktoru olub - DOSYE
FED.az xəbər verir ki, M.İbrahimovu kollektivə Azərbaycan Prezidentinin köməkçisi Xalid Əhədov təqdim edib.
X.Əhədov Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrini kollektivə çatdırıb, xidmət rəisinə və əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.