Prezident İlham Əliyev Xaçmaz rayonunun Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Eləcə də bax:Xaçmaza yeni icra başçısı - TƏYİN EDİLİB
FED.az xəbər verir ki, sərəncama əsasən, on iki min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 15,4 milyon manat ayrılıb.