Xaçmaz Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
FED.az xəbər verir ki, icra başçısının birinci müavini Mehmanov Yetkin Cavad oğlu vəzifəsindən azad edilib.
Bu vəzifəyə əvvəllər icra başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzərova İlhamə Sahib qızı təyin edilib. İctimai-siyasi və humanitar məsələlər şöbəsinin yeni müdiri vəzifəsinə isə, Nemətov Samir Sabir oğlu təyinat alıb.
Birinci müavin vəzifəsinə təyin olunmuş Nəzərova İlhamə Sahib qızı 1982-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universitetində və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.
Eləcə də bax: Xaçmaz Suvarma İdarəsi tender elan edir
İ.Nəzərova 2014-cü ildən icra hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub.
© Report