Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimiayyətlə əlaqələr şöbəsinə yeni təyinat olub.
FED.az-a daxil olan məlumata görə, Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsinin icrası Vüqar Hüseynova həvalə olunub. Vüqar Hüseynov buna qədər həmin şöbədə müdir müavini vəzifəsində çalışıb.
V.Hüseynov Modern.az-a açıqlamasında faktı təsdiqləyib.
V. Hüseynov əvvəllər APA TV-də direktor vəzifəsində çalşıb.
Eləcə də bax: Kənd Təsərrüfatı Nazirliyində - YENİ TƏYİNAT