Ukraynada keçirilmiş prezident seçkilərində protokolların 40,21 faizinin hesablanıb.
FED.az xəbər verir ki, bu barədə Ukraynanın Mərkəzi Seçki Komissiyasının saytında bildirilir.
Bildirilir ki, son məlumata prezidentliyə namizəd Vladimir Zelenski qalibdir. O, seçicilərin 30,23 faizinin səslərini toplayıb. V.Zelenskinin əsas rəqibi Petr Poroşenko isə hazırkı nəticələrə görə seçkilərdə 16,65 səs toplayıb.
Protokolların son nəticələrinə əsasən Yuliya Timoşenko siyahıda 13,14 səslə üçüncü yerdədir.
Qeyd edək ki, prezident seçkilərində keçirilən "exit poll"un nəticələri də Vladimir Zelenskinin qalib olduğunu göstərmişdi.
Eləcə də bax: Ərdoğanın partiyası Türkiyənin 3 böyük şəhərindən 2-də uduzub