Vergilər Nazirliyində yeni təyinat var.
FED.az xəbər verir ki, Vüqar İsmayılov vergilər nazirinin vergi cinayətlərinin ibtidai araşdırılması məsələləri üzrə müşaviri vəzifəsinə təyin edilib.
Vüqar İsmayılov hüquqşünasdır, Vergilər Nazirliyi sistemində 2015-ci ildən çalışır. 2015-ci ilin sentyabr ayında Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini vəzifəsinə təyin edilb. 2016-cı ilin fevral ayından Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi vəzifəsində çalışıb. 2016-cı ilin noyabr ayından Daxili Təhlükəsizlik Baş idarəsinin rəisi vəzifəsində çalışıb. 2017-cı ilin yanvar ayından Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin baş direktoru vəzifəsində çalışıb. 2017-cı ilin yanvar ayından Daxili təhlükəsizlik departamentinin baş direktoru vəzifəsində çalışıb. Bu təyinatdan sonra vergilər nazirinin müşavirlərinin sayı 14-ə çatıb.
V.İsmayılovdan əlavə bu vəzifədə Ələkbər Məmmədov, Riyad Hüseynov, İlham Əmirəliyev, Tariyel Quliyev, Elçin Məmmədov, Rəşad Həbibov, Firuz Həsənov, Əflatun Məmmədov, İlqar Əhmədov, Habil Məmmədov, Qüdrət Seyfullayev, Mahir Rəfiyev, və Rəhim Əfəndiyev çalışırlar.
Vergilər Nazirliyində yeni təyinat
15:15
30 Noy 2017