Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov dekabrın 11-də Tovuzda vətəndaşları qəbul edəcək.
Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən FED.az-a bildirilib ki, görüşdə həmin rayondan olan vergiödəyiciləri ilə yanaşı, Şəmkir, Gədəbəy, Qazax və Ağstafa sakinləri də iştirak edə bilərlər.
Eləcə də bax: Dekabr ayı üçün nazirlərin qəbul cədvəli - AÇIQLANIB
Dekabrın 13-də nazir müavini Sahib Ələkbərov Astarada vətəndaşlarla görüşəcək. Qəbulda Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının sakinləri öz problemlərini qaldıra biləcəklər.
Vergilər nazirinin müavini Mətin Eynullayev isə dekabrın 18-də Saatlı şəhərində Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad rayonlarının sakinlərini qəbul edəcək.