Azərbaycanda mülki obyektləri atəşə tutan Ermənistan qüvvələri Beyləqan rayonundakı inziavti binaları da hədəfə almağa başlayıblar.
Düşmənin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində 03.10.2020-ci il tarixdə saat 20.00 radələrində artilleriya mərmiləri təmas xəttindən xeyli aralıda yerləşən Beyləqan şəhərinin SMD-42 qəsəbəsindəki Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasının yaxınlığına düşüb.
Vergi Xidmətindən FED.az-a verilən məlumata görə, mərmi qəlpələrindən inzibati binaya zərər dəyib. Xoşbəxtlikdən binada növbədə olan əməkdaşlar xəsarət almayıb.
Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.