Xəbər verildiyi kimi, Vergi Məcəlləsinə edilən və 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklər nəticəsində Azərbaycanda indiyədək sadələşdirilmiş vergi ödəyicisi olan şəxslərin bir hissəsi mənfəət və gəlir vergisi ödəyicisinə çevriləcəklər. FED.az xəbər verir ki, Bununla əlaqədar olaraq həmin şəxslər vergi orqanına müraciət edərək bu barədə məlumat verməli və fərqli vergi rejiminə keçirilmələrini istəməlidirlər.
«SM Consulting» MMC-nin direktoru Emin Səttarov bildirib ki, 01.01.2019-ci il tarixindən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşan şəxslər vergi orqanına aşağıdakı məzmunda məktub təqdim etməlidirlər.
«01.01.2019-ci il tarixindən apardığımız əməliyyatların (malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi) alıcısı sahibkar olduğundan və Vergi Məcəlləsinin 218.5 ci maddəsinə əsasən qanunun tələbindən irəli gələrək sadələşdirilimiş qaydada vergi hesablamaq hüququmuz məhdudlaşdığından sizdən xahiş edirik ki, 01.01.2019-ci il tarixindən sadələşdirilmiş vergi mükəlləfiyyətimizi passivlədirərək gəlir (fiziki şəxs olduqda) və ya mənfəət (hüquqi şəxs olduqda) vergisini aktivləşdirərsiniz».